NATO-dan Rusiyaya ZƏRBƏ

  • By admin
  • 09 Mart 2022 13:09

ABŞ Polşanın hava hücumundan müdafiəsini gücləndirir. “Patriot” raket sistemləri Rusiyadan gələn hər hansı təhlükənin qarşısını almaq üçün bu ölkəyə göndərilir.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya davam edən işğalı zamanı ABŞ və NATO müttəfiqləri üçün potensial təhlükənin qarşısını almaq üçün Polşaya 2 ədəd “Patriot” raket batareyası göndərilir.

ABŞ-ın Avropadakı qüvvələrinin nümayəndələrinin fikrincə, bu addım işğalın qarşısını almaq və NATO müttəfiqlərini razı salmaq məqsədi daşıyır.

“Patrio” zenit-raket sistemi daxil olan qısa mənzilli ballistik raketləri, təyyarələri və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulub.

Gununsesi.info