“NATO-nun yeni qüvvələrə ehtiyacı var”

  • By admin
  • 08 Noyabr 2017 22:12

NATO-nun hərbi-dəniz qüvvələri sahəsində yeni qüvvələrə və vasitələrə, o cümlədən gəmilərə, sualtı qayıqlara və dəniz patrulu təyyarələrinə ehtiyacı var.

Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

Onun sözlərinə görə, bu zərurət bütün müttəfiqlərə şamil olunur: “Biz müxtəlif hədəflər müəyyən edirik və ölkələr üzrə paylaşdırırıq. Bizim hərbi-dəniz sahəsində müttəfiqlərimizdən xüsusi müraciətlərimiz var. Bu müraciətlər dənizdə imkanların genişləndirilməsini əhatə edir”.

Y.Stoltenberq əlavə edib ki, bu yeni müraciətlər yalnız müdafiə planlaşdırması prosesinə aiddir.

Gununsesi.info