NATO-ya qarşı plan: Rusiya bu addımları atacaq

  • By admin
  • 02 İyun 2022 14:04

Rusiya NATO-nun yürütdüyü genişləndirmə siyasətinə qarşı əks tədbirlərdən istifadə etmək niyyətindədir və bunun üçün 4 addım nəzərdən keçirilir.

Gununsesi.info “Global Tayms”a istinadən xəbər verir ki, bunu Çinin Renmin Universitetinin tədqiqatçısı Vanq Syanju bildirib.

Onun sözlərinə görə, Türkiyənin səsi  Finlandiya və İsveçin NATO-ya daxil olmasına mane ola bilər: 

“Moskvanın son hərəkətlərinə nəzər salsaq görərik ki, bir sıra çoxtərəfli əks tədbirlər vasitəsilə alyansın genişləndirilməsinə qarşıdır. Birincisi, Kreml ittifaqın genişlənməsinin yeni mərhələsinin ciddi nəticələrə səbəb olacağına dair sərt xəbərdarlıq edib.

İkinci tədbir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rolunu daha da gücləndirmək üçün addımlar ola bilər. Üçüncüsü, Rusiya Federasiyasının Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı fəaliyyətə daha çox vaxt ayırması ehtimalıdır. Dördüncü addım isə Rusiya tərəfindən Avrasiya İqtisadi İttifaqının (Aİİ) hərtərəfli inkişafı ola bilər”.

Gununsesi.info