Navalnı rusları ETİRAZA SƏSLƏDİ: Küçələrə çıxın və susmayın!

  • By admin
  • 02 Mart 2022 15:14

Rusiya müxalifətinin lideri Aleksey Navalnı rusları susmamağa və etiraza çıxmağa, Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə etiraz olaraq açıq mübarizə aparmağa çağırıb. 

Gununsesi.info xəbər verir ki, o, bu barədə İnstaqram səhifəsində yazıb.

“Biz – Rusiya dünya xalqı olmaq istəyirik. Təəssüflər olsun ki, indi bizi belə çağıranlar az olar. Amma gəlin, heç olmasa qorxmuş, susqun xalqa çevrilməyək. Açıq-aydın dəli çarımızın Ukraynaya qarşı başlatdığı təcavüzkar müharibəni görmürmüş kimi davranan qorxaqlar! Mən 100 il əvvəl baş vermiş hadisələrlə bağlı psevdotarixi cəfəngiyyatın rusların ukraynalıları, özünü müdafiə edənlərin isə rusları öldürməsi üçün bəhanəyə çevrildiyini seyr edərək susmaq istəmirəm və susmayacağam” – Navalnı bildirib.

Rusiya müxalifətinin lideri qeyd edib ki, 21-ci əsrin iyirminci illərində “biz tanklarda və bombalanmış evlərdə yanan insanlarla bağlı xəbərlərə baxırıq”: “Nüvə müharibəsinin başlaması ilə bağlı real təhdidləri televizorda izləyirik. Mənim sovet uşaqlığımda əsas ifadə “sülh uğrunda mübarizə” olub. Hamını küçələrə çıxmağa və sülh üçün mübarizəyə çağırıram”.

Gununsesi.info