Naxçıvan ərazisində saxlanmış Ermənistan vətəndaşı qarşı tərəfə qaytarıldı

  • By admin
  • 23 Avqust 2016 20:53

itkin komissiyasi

2016-cı il avqustun 7-də Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində saxlanmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayrebekoviç avqust 23-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində qarşı tərəfə qaytarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat bildirilib.

Gununsesi.info