Naxçıvanda kafedə bıçaqlanma olub

  • By admin
  • 27 Fevral 2023 12:02

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin kafelərindən birində (“Bir Bakal”) qeydə alınıb.

Naxçıvan şəhər Qaraxanbəy kənd sakini 1996-cı il təvəllüdlü Məhəmməd Mustafayev münaqişə zəminində tanışı Araz Nemətoğlu tərəfindən bıçaqlanıb.

M.Mustafayev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Təqsirli bilinən şəxs isə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info