Naxçıvanın büdcəsi azaldılır

  • By admin
  • 23 Noyabr 2022 14:01

Naxçıvan Muxtar Respublikasının 2023-cü il dövlət büdcəsinin layihəsinə dəyişiklik ediləcək, bununla bağlı təklif göndərilib.

Gununsesi.info xəbər verir ki, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məlumat verib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının büdcəsi 31,1 milyon manat azaldılacaq.

“Naxçıvanın ümumi gəlirləri 653,1 milyon manat təşkil edir ki, bununla da Naxçıvan öz xərclərini özü təmin edəcək. Naxçıvanın xərcləri 198 milyon manatdır. Eyni zamanda 11,1 milyon manat Naxçıvan Muxtar Respublikasının DTX-sının saxlanmasına ayrılacaq”, – deyə nazir müavini bildirib.

Gununsesi.info