“Naxçıvanlıları ağır vəziyyətdən çıxarın” - FAZİL MUSTAFA NAZİRƏ SƏSLƏNDİ

  • By admin
  • 12 İyun 2020 13:33

Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa Naxçıvan Muxtar Respublikasının vətəndaşlarının Bakıya gəlib-getmək probleminə diqqət çəkib.

“Hökumət ancaq online bilet almağa imkan tanıyıb, elə insan var ki, nə interneti var, nə də kartı. Bilet almada qeydiyyat məsələsi məhdudiyyəti də qoyulub. Nə qeydiyyatdır bu? Kimlər qalıbsa siyahıya alın göndərin, əlavə sıxıntı niyə yaradırsınız? Üstəlik bilet pulu da yoxdur. Maliyyə nazirinə müraciət etdim ki, təcili əlavə təyyarələr üçün pul ayrılmalıdır. Bilet pulu olmayan vətəndaşlar dövlət hesabına biletlə təmin olunmalıdır. Əgər vəsait yoxdursa, şəxsən mən öz maaşımdan 20 nəfərə bilet almağı öz öhdəmə götürürəm. Hesabı göstərin ora keçirim. Bunlar xarici ölkə vətəndaşı deyillər, 3 aydır evlərindən didərgin düşüblər, ana gedib Naxçıvanda əsgərlikdəki oğluna baş çəkməyə, yol bağlanıb qalıb orada. Üç aydır xeyirxah insanların gətirdiyi azuqə ilə ayaqda qalır. Naxçıvanlıları bu ağır şəraitdən çıxması üçün bütün zəruri addımlar atılmalıdır.”

 

Gununsesi.org