Nazarbayev Bakının mesajını İrəvana çatdıracaq - POLİTOLOQ

  • By admin
  • 11 Oktyabr 2016 12:10
qabil
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakının mesajını İrəvana çatdıracaq.
Bunu Gununsesiinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Qazaxstan prezidenti Nursultan Nazarbayevin Bakıdan sonra İrəvana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, N. Nazarbayev təcreübəli siyasətçi olmaqla yanaşı, Azərbaycana dost və yaxşı münasibəti olan bir ölkə başçısıdır. “O hər zaman Azərbaycanın yanında olduğunu nümayiş etdirib. Bu gün də Azərbaycanla Qazaxstan arasında  əlaqələr yüksələn xətt üzrə inkişaf edir.Bununla belə Nazarbayev hər zaman  imkanları daxilində Azərbaycanın problemlərini, xüsusən də ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinspial mövqe nümayiş etdirib. O,  münaqişənin danışıqlar masası arxasında  həlli ilə bağlı  mövqeyini bildirib və Nazarbayev  İrəvana  gözlənilən səfəri zamanı da  bir daha Bakının  mövqeyini  S.Sərkisyana çatdıracaq. Nazarbayev  problemin həlli ilə bağlı İrəvanı  danışıqlar masası arxasına oturmağı təkidlə tələb edəcək”- deyə, politoloq  vurğulayıb.
Q.Hüseynli  əlavə edib ki, Nazarbayev hər zaman Azərbaycan daxil olmaqla bütün türk dünyasının problemlərinə dəstək verməklə yanaşı, bu məsələdə prinspiallıq nümayiş etdirib: “Əminəm ki, bu dəfə də belə olacaq. Ancaq onu da bilmək lazımdır ki,  hərşey Nazarbayevdən asılı deyil.Bircə onu demək olar ki, Nazarbayev  Qarabağ məsələsi ilə bağlı mövqeyini çatdıracaq və  Azərbaycanın haqq mövqeyini dəstəkləyəcək. Bu isə Ermənistana  sarsıdıcı bir zərbə olacaq”.
Mürtəza
Gununsesi.info