Nazarbayev Oqtay Əsədovla görüşəcək

  • Müəllif: admin
  • 07 Oktyabr 2016 11:05
oqtay-asadov
Milli Məclis sədri Qazaxstan prezdenti ilə görüşəcək.
Bu barədə Gununsesi.info-ya Qazaxstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qazaxstan prezidenti Nursultan Nazarbayevin oktyabrın 12-də Azərbaycana bir günlük rəsmi səfəri zamanı prezident İlham Əliyevlə yanaşı Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək.
Görüşdə iki ölkə arasındakı daha sıx inteqrasiyasında parlamentlərin rolu, gələcək əməkdaşlıq perspektivlərin, ikitərəfli münasibətlərin qurulmasında münbir hüquqi bazanın yaradılması, parlamentarilərin regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri, eyni zamanda iki ölkə üçün aktual olan məsələlərə ətrafında fikir mübadiləsi aparılacaq.
Mürtəza
Gununsesi.info