Nazarbayev Suriya münaqişəsi iştirakçılarına müraciət: "Münaqişə qarşılıqlı inam və etimad əsasında sülh yoluyla həll olunmalıdır"

  • By admin
  • 23 Yanvar 2017 13:43
astana-suriya
Qazaxstan prezidenti Nursultan Nazarbayev  bu gün Astanada  Suriya probleminin tənşizmlənməsi ilə bağlı baş tutuan  danışıqlar prosesinin iştirakçılarına müraciət edib.
Gununsesi.info Qazaxstan mətbuatına istinadən xəbər verir ki, Nazarbayevin müraciətini toplantı iştirakçılarına  xarici işlər naziri Kayrat Abdraxmanov səsləndirib.
Müraciətdə deyilir ki,  6 ildən bəri Suriyada axıdılan qan ancaq acı və fəlakətdən başqa bir şey  gətirməyib:
“BMT TŞ-nin daimi üzvü olmayan Qazaxstan  bir sülhsevər ölkə olaraq   Yaxın Şərqdə  təhlükəsizlik və sabitliyin möhkəmlənməsi və bərpa olunmasında maraqlıdır”.
N. Nazrbayevin müraciətdində bildirilib ki,  suriyalı qaçqınların vəziyyətini  yüngülləşdirmək məqsədi ilə  Qazaxstan 700 min dollar ayırıb və bu yaxınlarda  500 ton humanitar yardım  göndərib.
Nazarbayev onu da bəyan edib ki, bu gün təşkil olunan danışıqıları bir daha Suriya münaqişəsinin tənzimlənməsi ilə bağlı beynəlxalq  səyin bariz nümunəsi hesab  etmək olar:
“Astana hesab edir ki, Suriya münaqişəsi qarşılıqlı inam və etimad əsasında sülh yolu  ilə həll olunmalıdır”.
Gununsesi.info