Nazir 2016-2017-ci dərs ilinin tətil günlərini təsdiq etdi

  • By admin
  • 23 İyun 2016 17:57

Gununsesi.info mikayil jabbarov education ministry

 

 

Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 2016-2017-ci dərs ili ərzində tətil günləri müəyyən edilib. Gununsesi.info təhsilnazirliyinin rəsmi internet  saytına istinadən xəbər verir ki,  növbəti dərs ilində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) olacaq.

İbtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) veriləcək.

Bundan başqa, növbəti dərs ilində də ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr- 26 yanvar, ikinci yarımil isə 1 fevral- 14 iyun tarixlərini əhatə edəcək.

Gununsesi.info