Nazir Alışanovun qardaşını işdən çıxardı

  • By admin
  • 24 Avqust 2019 12:07

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Sumqayıt şəhər Mühafizə İdarəsinin rəisi Akif Alışanov vəzifəsindən azad edilib.

Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Onun yerinə hələ təyinat yoxdur.

Qeyd edək ki, Akif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq rəhbəri Arif Alışanovun qardaşıdır.

Gununsesi.org