Nazir “barmaqlama”ya görə üzr istədi - VİDEO

  • By admin
  • 05 İyul 2016 16:19

 

maxresdefault

 

Qazaxstanın xarici işlər naziri Erlan İdrisov gənc qazaxstanlı diplomatın qeyri-etik hərəkətlərinə görə Qırğızstandan üzr istəyib.

Gununsesi.info “tengrinews.kz”-ə istinadən xəbər verir ki, qazaxstanlı diplomat Çingiz Karaqujinov Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Qırğızstan prezidentinin çıxışı zamanı barmağını “yemə”si və burnunu qurdalaması, ətrafındakılarla danşması ciddi etiraza səbəb olub. Bundan sonra Qazaxstanın xarici işlər naziri Erlan İdrisov gənc diplomatın bu hərəkətlərinə görə üzr istəyib və deyib ki, o, vaxtı ilə nazirlikdə işləyib: “Özünü yaxşı göstəridiyindən, onu Prezident Administrasiyasının “protokol”una daxil ediblər. Sadəcə, o, prezidentin çıxışı zamanı birbaşa televiziya çəkilişinin olmasından xəbəri olmayıb”. Nazir onu da əlavə edib ki, biz insanıq və belə bir hasdisə hər birimizin başına gələ bilər: “Bu normal və adi insani reaksiyadır. Sadəcə, onu demək istəyirəm ki, hadisə bilərəkdən edilməyib”.

 

Gununsesi.info