Nazir dünya çempionuna bahalı maşın hədiyyə etdi

  • By admin
  • 09 İyun 2016 16:35

 Rafael Aghayevv

Karate üzrə milli komandamızın kapitanı, dəfələrlə dünya və Avropa çempionu Rafael Ağayevə bahalı avtomobil hədiyyə edilib.

Gununsesi.info-nun məlumatına görə, idmançı özü sosial şəbəkədə yeni avtomobilinin fotosunu paylaşıb və bunları yazıb:

“Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi. Allahım, min şükür”.

Araşdırma zamanı məlum olub ki, sözügedən avtomobili Rafael Ağayevə gənclər və idman naziri Azad Rəhimov hədiyyə edib.

Qeyd edək ki, idmançının bir neçə gün əvvəl paytax restoranların birində keçirilən toyunda Azad Rəhimov da iştirak edib. (Axşam.az)

Rafael Aghayev