Nazir: “Paris Əliyevlə Sarkisyanın görüşünü təşkil etməyə hazırdır”

  • By admin
  • 29 İyun 2016 17:09

olland

Paris Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə hazırdır. Gununsesi.info xəbər verir ki, bunu Fransanın Xarici işlər naziri Jan-Mark Eyro rusiyalı həmkarı Sergey Lavrovla görüşünün yekunları barədə açıqlama verərkən deyib. Fransalı nazirin sözlərinə görə, Paris Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz meydanını təklif etməyə hazırdır: “Biz görüş zamanı Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti müzakirə etdik.S. Lavrov Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt Peterburqda təşkil olunan görüşün yekunları barədə məni məlumatlandırdı. Mən də öz növbəmdə dedim ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yeni danışıqların Parisdə aparılmasına hazıdır”