Nazir qızına görə özünü TƏCRİD ETDİ

  • By admin
  • 26 Dekabr 2021 19:42

İsrailin baş naziri Naftali Bennet qızında COVID-19 aşkarlandığından hökumət iclasını tərk edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı baş nazirin ofisi yayıb.

Bennettin səhər saatlarında verdiyi koronavirus testinin cavabı mənfi olsada, o, əlavə PCR testi edəcək və nəticələri alınana qədər evdə özünü təcrid edəcək.

Bennettin koronavirusa yoluxan qızının 14 yaşı var. O, iyun ayında COVID-19-a qarşı peyvənd olunmuşdur.

Gununsesi.info