Nazirlik investisiya layihələrinin qəbuluna başlayır

  • By admin
  • 19 Sentyabr 2016 11:08

investisiya

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İmişli rayonunun Cəfərli kəndində işgüzar forum keçirib.

Nazirlikdən Gununsesi.info verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması;

– çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ya müraciət edə bilərlər.

Anar
Gununsesi.info