Nazpərinin formada qalma sirri

Xalq artisti Nazpəri Dostəliyeva formada qalma sirrini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, müğənni bu haqda “Bağ havası” proqramında danışıb. O bildirib ki, hər gün idman edir:

“Həyatımın 70 faizi idmandır: üzürəm, ayaqla gəzirəm. Həftədə ən az 21 kilometr gəzməliyəm. Həftədə 3 dəfə idman zalında məşq edirəm. Aerobikaya gedirəm. Yemək yeməyi çox sevmirəm. Amma bişirməyi sevirəm”.