Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib. Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar bahalaşaraq, 49,30 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar artaraq 50,69 dollar olub.
Gülnaz Qənbərli