Neft erası başa çatır - "TOYOTA" MODELLƏRİ ELEKTRİKLƏŞDİRƏCƏK

  • By admin
  • 20 Dekabr 2017 21:55
Gununsesi.info xəbər verir ki, “Toyota Motors” şirkəti 2020-2030-cu illər üçün modellərin elektrikləşdirilməsi proqramını dərc edib. 
Avtonəhəng adi və şəbəkədən enerji alan hibrid elektromaşınları və yanacaqla işləyən avtomobillərin quraşdırılmasını sürətləndirməyi qərara alıb.
Bu qərar “Toyota Environmental Challenge 2050”-nin 2015-ci ilin oktyabrında anons edilmiş  strategiyasının tərkib hissəsidir və dayanıqlı energetikanın inkişafına, avtosənayenin ətraf mühitə zərərinin maksimal dərəcədə aşağı salınmasına istiqamətlənib.
Belə ki, təxminən 2025-ci ildə “Toyota” və “Lexus” brendlərinin cərgəsində əvvəldən elektriklə işləyən və ya elektrikləşdirilmiş modellər dayanacaq. İyirminci illərin başlanğıcında istehsalçılar alıcılara ondan çox akkumlyatorlu elektromobil təklif edəcəklər. Onların birinci bazarı Çin olacaq, sonra satış Yaponiya, Hindistan, ABŞ və Avropada olacaq.
Hibrid Toyota Hybrid System II-in alıcılara tanış olan “Prius” modelinin yeni daha güclü və sadə variantı təqdim olunacaq. Panasonik firması ilə ionlaşdırılmış akkumulyatorların istehsalı bağlı danışıqlar aparılır. Bundan başqa “Toyota” möhkəm örtüklü batareyaların da quraşdırılması ilə məşğuldur.
Məqsəd 2030-cu ilə hər il  5,5 milyon elektrikləşdirilmiş avtomobil satmaqdır. Bunların içərisində 1 milyonu yüz faizli elektromobil olacaq.
Gununsesi.info