Neft həftəyə ucuzlaşma ilə başladı

  • By admin
  • 18 Yanvar 2021 09:47

Dünya birjalarında neftin qiyməti yeni həftəyə ucuzlaşma ilə başlayıb.

Gununsesi.info xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında “Brent” neftinin dəyəri 0,93% azalaraq 1 barelə görə 54,59 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,80% azalaraq 51,94 dollar təşkil edib.

Gununsesi.info