Azərbaycanda neft istehsalı 6 faiz azalıb

  • By admin
  • 13 Noyabr 2017 14:10

2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 32 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Gununsesi.info bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumatda qeyd edilir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artıb, neft sektorunda isə 5,9 faiz azalıb.

Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 7,2 faiz, əmtəəlik qaz hasilatı isə 2,6 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,9 faiz azalıb.

Vüsalə

Gununsesi.info