Neft tankeri partladı - 57 nəfər həlak oldu

  • Müəllif: admin
  • 10 Avqust 2019 14:01

Afrika ölkəsi olan Tanzaniyada güclü partlayış baş verib.

Gununsesi.org xəbər verir ki, bu barədə CNN məlumat yayıb .

Qeyd olunub ki, ölkənin Morogoro şəhərində neft tankeri anidən alovlanıb və qısa müddət sonra güclü partlayış olub.

İlkin məlumata görə, hadisə zamanı 57 nəfər ölüb.

Gununsesi.org