Neft yenidən BAHALAŞDI

  • By admin
  • 30 Mart 2022 09:41

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin may müqaviləsinin dəyəri 0,94% artıb.

Gununsesi.info xəbər verir ki, neftin qiyməti 1 barelə görə 111,27 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1% artaraq 105,28 dollar təşkil edib.

Gununsesi.info