Neftçala sakinindən külli miqdarda narkotik aşkar edildi

  • By admin
  • 10 Avqust 2021 19:14

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olan Aşağı Qaramanlı kənd sakini Ərziman Fərəcov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 48 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Gununsesi.info