Neftçala sakininin həyətində 10 kq çətənə kolları aşkarlandı

  • By admin
  • 04 İyul 2016 11:51

catana

 

Neftçala rayon sakini həyətində külli miqdarda narkotik əkib. Gununsesi.info APA-ya istinadən məlumat verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının “Xaş-xaş – 2016” tədbirlər planı çərçivəsində həyata keçirdikləri əməliyyat zamanı Aşağı Qaramanlı kənd sakini, 1967-ci il təvəllüdlü Fərəcov Məhərrəm Kamil oğlunun həyətyanı sahəsindən 43 ədəd, ümumi çəkisi 10 kiloqram olan çətənə kolları aşkarlanıb.

Ekspertizanın rəyinə əsasən, çətənə kolları aqrotexniki qaydada qulluq edilməklə becərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info