Ramazan bayramı nə vaxt qeyd olunacaq?

  • By admin
  • 04 İyul 2016 11:52

ram

İslam dünyasının ən vacib ayı sayılan Ramazan ayı artıq başa çatır. Gununsesi.info xəbər verir ki,  hər il olduğu kimi,  bu ildə bayram gününün müəyyən edilməsi ilə bağlı mübahisələr yaranıb.

Qeyd edək ki, qardaş Türkiyədə artıq sabah Bakı vaxtı 06:26-da İqdırda , 07:11-də Ankarada, 07:23-də isə İstanbulda bayram namazları qılınacaq.

Azərbaycanın inanclı kəsimi isə bayramı bir gün sonra qeyd etməli olacaq. Nazirlər Kabinetinin 24 dekabr 402 saylı qərarına əsasən 6, 7 iyul Ramazan bayramı olaraq müəyyən edilib və həmin günlərin iş günü hesab olunmadığı qeyd olunub.