“Neftçi” PFK-nın müşahidə şurasının və təsisçilərin növbədənkənar ümumi yığıncağı keçirilib.
Gununsesi.info klubun saytına istinadən məlumatına görə, iclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb və italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.
Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdığı “Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə “Qızıl skamya” mükafatına layiq görülüb.











