“Neftçi” son dəqiqələrdə qələbəni əldən verdi

  • By admin
  • 18 Sentyabr 2016 22:59

neftci

“İnter” paytaxtın “Neftçi” klubunu sınağa çəkib.

Matçın ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. İkinci hissənin ilk yarısında da azarkeşlər qol görməyib. Yalnız matçın 67-ci dəqiqəsində qonaqlar istəyinə çatıb. Fuad Bayramovun cərimə meydançasında Fəhmin Muradbəyliyə qarşı mübarizəsini baş hakim Fariz Yusifov on bir metrlik cərimə zərbəsi kimi dəyərləndirib. Araz Abdullayev penaltidən Səlahət Ağayevi məyus etməyi bacarıb. Oyunun sonlarına yaxın “bankirlər” məğlubiyyətdən xilas ola bilib. Rauf Əliyev 87-ci dəqiqədə hesabı bərabərləşdirib. Cəmi 2 dəqiqə sonra Əliyev dubl edib və komandasına 3 xal qazandırıb. Qarşılaşma “İnter”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Nəticədə “Neftçi” 3 xalla 7-ci pillələdə qalıb. “İnter” isə xal ehtiyatını 10-a çatdıraraq liderliyə yüksəlib.

Tura sabah keçiriləcək “Qəbələ” – AZAL və “Qarabağ” – “Zirə” matçları ilə yekun vurulacaq.

 

Gununsesi.info