“Neftçi” və “Qəbələ”nin oyunları üçün heyətlər

  • By admin
  • 28 İyul 2022 20:07
Gununsesi.info xəbər verir ki, təmsilçilərimiz – “Neftçi”, “Qəbələ” və “Zirə” də cavab oyunlarını keçirəcək. Klublarımızdan “Qəbələ” doğma meydanda Macarıstan “Fehervar”ını qəbul edəcək. Saat 20:00-da başlayacaq matçı avstriyalı FIFA referisi Kristofer Yager idarə edəcək. “Qırmızı-qaralar” ilk görüşdə 1:4 hesabı ilə məğlub olub.
“Neftçi” də doğma azarkeşlər önündə oynayacaq. Səfərdə Kipr “Aris”İnə 0:2 hesabı ilə məğlub olan Bakı klubu “Bakcell Arena”da bu rəqibini mübarizədən kənarlaşdırmağa çalışacaq. Saat 21:00-da start götürəcək qarşılaşmanın baş hakimi almaniyalı Bastian Dankert olacaq.
Bakıda İsrail “Makkabi”sinə 0:3 hesabı ilə məğlub olan “Zirə” səfərdə  bu rəqibinə boy gösərməyə çalışacaq. “Blumfild” stadionundakı oyun Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Matçda ədaləti xorvatiyalı FIFA referisi Mario Zebets qoruyacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
28 iyul
20.00 Qəbələ (Azərbaycan) – Fehervar (Macarıstan)
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 4. Ruan Renato, 5. İsnik Alimi, 6. Feras Abu Akal, 7. Rövlan Muradov, 10. Omar Hani, 11. Asif Məmmədov, 23. Rafael Utziq, 27. Məqsəd İsayev, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana-Assimba, 36. Elməddin Sultanov, 12. Rüfət Əhmədov, 14. Ülvi İsgəndərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 33. Hüseyn Mürsəlov, 44. Salman Ələsgərov, 74. Süleyman Damadayev.
Baş məşqçi: Elmar Baxşıyev.
Fehervar: 1. Daniel Kovaç, 5. Attila Fiola, 8. Yevgeni Makarenko, 9. Budu Zivzivadze, 11. Loik Neqo, 13. Artyom Şabanov, 22. Stopira, 23. Pal Darda, 31. Nikola Serafimov, 55. Marsel Heyster, 94. Klaudiu Bumba.
Ehtiyat oyunçular: 42. Emil Rokkov, 6. Peter Pokornı, 7. İvan Petriak, 19. Kenan Kodro, 21. Ruben Pintu, 26. Mixael Lüftner, 29. Jolt Koynok, 65. Silvester Hanqya, 70. Funşo Bamqboye.
Baş məşqçi: Mixael Boris.
Hakimlər: Kristofer Yager, Robert Ştaynaxer, Santino Şrayner, Markus Hameter (Avstriya).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:4.
21.00 Neftçi (Azərbaycan) – Aris (Kipr)
Neftçi: 1. İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 77. Yeqor Boqomolski, 82. Rüfət Abbasov.
Baş məşqçi: Laurentsiu Regekampf.
Aris: 1. Vana, 3. Kaju, 7. Leo Benqtsson, 8. Morqan Braun, 13. Delmiro Evora Naskimento, 14. Artur Yannik Qomis, 20. Stiv Yaqo, 21. Mixlali Mayambela, 27. Martin Sloqar, 31. Frants Brorsson, 37. Yulius Syoke.
Ehtiyat oyunçular: 70. Mixalis Papastilianu, 90. Ellinas Sofroniu, 5. Kostas Pileas, 9. Daniel Sikorski, 30. Aleks Muketu-Mussunda, 58. Yevgeni Yablonski, 65. Yanis Dede Lomme, 72. Floriss Cave, 80. Çavi Babiçka.
Baş məşqçi: Aleksey Şpilevski.
Hakimlər: Bastian Dankert, Yan Zaydel, Eduard Baytinger, Sven Yablonski (Almaniya).
Bakı, “Bakcell Arena”.
İlk oyun – 0:2.
21.30 Makkabi (Təl-Əviv, İsrail) – Zirə (Azərbaycan)
Hakimlər: Mario Zebets, Xrvoe Radiç, Luka Puşiç, Ante Çulyak (Xorvatiya).
Təl-Əviv, “Blumfild” stadionu.
İlk oyun – 3:0.
“Qəbələ” – “Fehervar” cütünün III təsnifat mərhələsində “Petrokub-Hinçesti” (Moldova) / “Laçi” (Albaniya) cütünün güclüsü, “Neftçi” – “Aris” cütünün qalibi “Rapid” (Vyana, Avstriya) / “Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü, “Makkabi” – “Zirə” cütünün qalibi isə Yunanıstanın “Aris” (Saloniki) klubu ilə qarşılaşacaq.