Neftçilərə verilən istilik sistemi kəsilib

  • Müəllif: admin
  • 12 Dekabr 2016 12:44

 

istilik_sistemi_0584

SOCAR 28 May NQÇİ-nin bir neçə yataqxanasına verilən istilik kəsilib.

Gununsesi.info Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlıya istinadən bildirir ki,  həmin yataqxanaya məxsus otaqlardakı hamamxanalara isti su elektrik qızdırıcılarında ( Ariston qurğusunda ) qızdırılaraq verilir.

“Verilən məlumata görə hal-hazırda həmin qızdırıcıların əksəriyyəti sıradan çıxıb. İşçilər qeyd edirlər ki, soyuq havada əl-üz yumaq, dişləri təmizləmək, üz qırxmaq, çimmək əsl probleməçevrilib”- deyə Təşkilatın sədri vurğuladı.

M.Qəhrəmanlı onu da qeyd etdi ki, yataqxanalara verilən su OSMOS (dəniz suyunu təmizləyib istifadəüçün yararlı hala salan aparat) qurğusunda təmizlənib yenidən istifadəyə verilən dəniz suyudur. Onun fikrincə,  Ariston qurğuları OSMOS suyu sərtliyi nəticəsindəsıradan çıxması da ehtimalı da var.

Vüsalə Rüstəmova

Gununsesi.info