Neftçilərin pulu verilmir - İşçilər haqlarının məhkəmədə axtarmalı olacaqlar

  • By admin
  • 29 Sentyabr 2016 14:55

 

mirvari-qehremanli3-300x200

«Azərbaycan Respublikasının əmək qanunvericiliyini pozan işəgötürənlər cəzalanmalıdır».

Gununsesi.info xəbər verir ki, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı 2 nəfər əmək xəsarəti almış işçilərə verilən kompensasiyanının qanuni şəkildəödənilməsi ilə bağlı Bakışəhər Qaradağ Rayon məhkəməsinə müraciət edib.

Təşkilatın sədri Mirvari Qəhrəmanlının sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H. Əliyev adına Dərin Özüllər Zavodunun rəhbərliyi iş yerində təhlükəsiz işşəraiti yaratmadığıüçün əlil olmuş iki nəfər işçisinəəlavəödəniş etməkdən imtina edir: “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində 01.01.2012-ci il tarixdən bütün işçilərin tarif (vəzifə) maaşlarında 10 faiz, 01.03.2012-ci il tarixdən isə mühəndis texniki işçilərin tarif (vəzifə) maaşlarında 52 faiz, 01.06.2013-cü ilin iyul ayından 10 faiz, 2016-cı ilin Yanvatr ayından da 10 faiz olmaqla kütləvi artım olmuşdur.Ancaq bu artımlar vaxtiləhəmin zavodda əmək xəsarəti almış işçilər Mehdiyev Elman Məhərrəm oğlu və Abbasov Şahverən Yunus oğlunun əmək xəsarəti iləəlaqədar aldığı kompensasiyalara şamil olunmayıb.Onlar bununla əlaqədar dəfələrlə ARDNŞ-nin H. Əliyev adına Dərin Özüllər Zavoduna və digər orqanlara şifahi və yazılı müraciət etsə də, onların müraciəti təmin olunmayıb”.

Vüsalə RÜSTƏMOVA

Gunusesi.info