Hökumət gələn ilin gözlənilən iqtisadi  risklərin səbəbini açıqladı

  • By admin
  • 29 Sentyabr 2016 15:00
maliyye nazirliyi
Hökumət  hesab edir ki, 2017-ci ildə dövlət büdcəsinə yaranacaq  risklər əsas iki amil təsir edə bilər.
Gununsesi.info Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, büdcəyə əsas iki amil təsir göstərə bilər: “Birincisi, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin iqtisadiyyatında  iqtisadi aktivliyin zəifləməsi, ikincisi isə beynəlxalq maliyyə bazarlarında faiz dərəcələrinin artırlması təsir edib büdcədə müəyyən risklər yarada bilər”.
 2017-ci il büdcə layihəsində qlobal iqtisadiyyatda, o cümlədən tərəfdaş ölkələrdə iqtisadi aktivliyin ortamüddətli perspektivdə tədricən bərpa olunacağı proqnozlaşdırılır.
Mürtəza
Gununsesi.info