Neftin ucuzlaşması 1 trilyon dollarlıq itkiyə səbəb olub

  • By admin
  • 17 Oktyabr 2017 15:46

neft-s

OPEC ölkələri 2015 və 2016-cı illər ərzində neft qiymətlərinin enməsi səbəbindən ixracdan gələn gəlirə görə 1 trilyon dollardan çox zərərlə üzləşib.

Gununsesi.info banker.az-a istinadən xəbər verir ki, bu haqda OPEC təşkilatının baş katibi Muhammad Barkindo verib.

“Son iki il ərzində (2015 və 2016) nəinki bu sahədə investisiyaların azalmasını, həmçinin neftdən gələn gəlirinin enməsini (neft qiymətlərinin enməsinə görə) də müşahidə etdik. OPEC ölkələri ümumi olaraq bu dövr ərzində 1 trilyon dollardan çox vəsait itirdi” – Barkindo deyib.

Qeyd edək ki, neft qiymətləri 2014-cü ilin payızından enməyə başladı. Elə həmin ilin yayında neft qiymətləri müəyyən dövr ərzində 1 barrelə görə 100 dollar səviyyəsinə çatmışdı.

Qiymətlərin enməsinin ən pik nöqtəsi 2015-ci ilin fevralında, 1 barrelə görə 28 dollar olduqda qeydə alınmışdı. Ekspertlərin qiymətləndirməsinə görə, 2015-2016-cı illərdə neft hasilatı ilə məşğul olan sahədə investisiyalar iki dəfə enmişdi.  OPEC dövlətləri qiymətləri sabit saxlamaq və bahalaşdırmaq üçün kvotanın azaldılması üçün qərar qəbul etsə də, bu, prosesə az təsir etdi. Doğrudur, bu gün birjalard neftin qiyməti 2014-cü ilin 40 dolları səviyyəsinə düşməsə də, artıq 60 dollara qalxması da bir xəyal kimidir. Eyni zamanda ABŞ-in böyük hasilatçı dövlət olaraq  bazardakı boşluğu daha ucuz qiymətə doldurmaq qabiliyyətindədir. Bu da “qara qızıl”ın baha dövrünün geridə qaldığını deməyə əsas verir.

Neft ölkəsi olaraq, Azərbaycan da qiymətlərin bahalaşması üçün OPEC dövlətlərinin qərarına qoşulub.  Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı üzərinə öhdəlik götürüb. Təbii bir tərəfdən hasilatın azalması, digər tərəfdən qiymətlərin düşməsi neft ölkələrinin gəlirlərinə ciddi təsir göstərir. Buna hazır olmayan Venesuela, Azərbaycan və Rusiya kimi dövlətlər iqtisadiyyatında hazırda ciddi böhranlar müşahidə edilməkdədir.

Vüsalə Rüstəmova

Gununsesi.info