
İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana qış aylarında səfər edəcək.
Gununsesi. info-nun APA-ya istinadən məlumatına görə, bu barədə “The Times of İsrael” qəzeti xəbər yayıb. Qəzetin yaydığı məlumata görə, bu barədə baş nazirin özü Keniyada səfəri zamanı bildirib. B. Netanyahu deyib ki, İsrail Fələstin mövzusunda və diplomatik münasibətlərdə mövqeyini möhkəmləndirmək üçün yeni alyanslar qurur.
Baş nazir bu siyasət çərçivəsində qış aylarında Qazaxıstan və Azərbaycana səfər edəcəyini açıqlayıb. O, səfərin dəqiq tarixini deməyib.
Gununsesi.info