Nikaha girmək istəyən daha 2 min 523 gənc müayinə edildi

  • By admin
  • 05 Avqust 2016 10:34

nikah

 

Azərbaycanda 2015-ci il iyunun 1-dən qüvvəyə minən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblərə uyğun olaraq, Xaçmazda 2 min 523 şəxs müayinə edilib.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, nikaha daxil olmaq istəyən şəxslərin hər biri Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçib. Nəticələr barədə nikaha daxil olmaq istəyən gənclərə ayrı-ayrılıqda məlumat verilib.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, nikaha daxil olmaq istəyən şəxslərə iki həftədən gec olmayaraq Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir. Arayışın etibarlılıq müddəti bir aydır.

Gununsesi.info