
“Lada Niva”nın pikap versiyasının istehsalına başlanılır.
Gununsesi.info fins.az-a istinadən xəbər verir ki, söhbət “Niva”nın tam ötürücülü pikapı olan “Lada Logo”dan gedir.
Bu barədə Rusiyanın “AvtoVAZ” şirkəti məlumat verib. Yeni avtomobil “AvtoVAZ” və “Super Avto” şirkətinin birgə layihəsidir və “Lada Niva”nın bazasında yığılacaq.
Avtomobil mexanik transmissiyaya və tam ötürücüyə sahib olacaq. Model 1.9 litrlik 99 a.g-nə malik mühərriklə təchiz olunacaq.
https://www.youtube.com/watch?v=Y_7mMcDkwpI
Gununsesi.info












