Niyə sistem xətası belə ciddi məqamlarda özünü göstərməlidir? -Sənan Nəcəfov

  • By admin
  • 15 Avqust 2022 00:01

Azərbaycanın ən böyük onlayn bilet satışı platforması “iticket” çöküb.

Gununsesi.info bildirir ki, bu barədə sosial şəbəkə fəalı Sənan Nəcəfov yazıb.

 

“İstifadəçilərin bəziləri bildirirlər ki, onlar bilet almaq istəyərkən balansdan məbləğ çıxılıb, amma biletlər başqasına satılıb.

“Qarabağ” – “Viktoriya” oyununa bilet almaq istəyənlər Tofiq Bəhramov adına Respublika stadionunun önündə izdiham yaradıb. Onlayn satışda problem yarandığından azarkeşlər kassaların önünə toplaşıb.

Niyə sistem xətası belə ciddi məqamlarda özünü göstərməlidir? Bu işi normal işləyən, yarana biləcək bütün problemləri nəzərə alan şirkətlərlə iş qurulmur ki, belə problemlər yaranmasın?
Eyni zamanda 2000-3000 istifadəçi sayta daxil olduğu üçün sistem çökəcəksə, xərclənən bu qədər vəsaitlərin niyə sorğu-sualı edilmir?”

Gununsesi.info