“Niyə siz yaxşı günümüzü deyil, pis günümüzü görmək istəyirsiniz?” - SEVİL-SEVİNC BACILARI

  • By admin
  • 26 May 2017 15:12

Sevil Sevinc bacıları

“Görəsən, niyə bizə bu qədər nifrət edirsiniz? Hansınızın yerini dar edirik, kimin çörəyini əlindən alırıq? Kimin yolunu kəsirik, ayağını qazırıq?”

Gununsesi.info-nun big.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Sevil-Sevinc bacıları deyib. Əkizlər onların arxasınca danışanlara, söz-söhbət edənlərə üsyan ediblər:

“Bəzən o həddə çatıram ki, düşünürəm bəlkə mən pis dostam. Çünki dost sandıqlarım, canımı qurban verdiyim insanlar sən demə bizə dost yox, düşmən imiş. Axı niyə? Niyə siz mənim yaxşı günümü deyil, pis günümü görmək istəyirsiniz? Uğurlarımıza görə? Heç bilirsiniz bu sevginin, uğurun arxasında nə qədər çətinlik var? Sadalamayacağam, birini desəm, kifayət edər. O qədər yorğun oluruq ki, gözlərimizi yumanda iynə batır elə bil”.

Gununsesi.info