Niyamı qırmızı tacına görə lağa qoydular – Video

  • By admin
  • 07 Noyabr 2019 16:32

Müğənni Niyam Salami paylaşdığı foto ilə izləyicilərin lağ hədəfi olub.

Gununsesi.org xəbər verir ki, buna zəmin yaradan isə ifaçının başındakı qırmızı qaşlı tac və “səhnə paltosu” olub.
Müğənni “Konsertdə səhnəyə bu libasda çıxdım, çünki ilk mahnı bunu tələb edirdi” deyə, yazıb. İzləyicilər isə ona müxtəliş şərhlər yazaraq lağa qoyublar.

“Hürrəm Sultanın tacı”, “Şükür edirəm ki, mahnının adı “Lüt” deyilmiş”, “Mən də xınamda belə geyinmişdim”, “Ruslan və Lyudmila”dakı Lyudmilaya oxşayırsan” kimi rəylər Niyamın fotosunun şərh bölümünə əlavə edilib.

Qeyd edək ki, müğənni bundan bir neçə ay öncə konsert afişasını paylaşmış, izləyicilər onun fotodakı libasını seks şoplarda satılan geyimlərə bənzətmişdi. / Axşam.az