Nizami Rayon İcra Hakimiyyətinin başçısı - sakinlərlə görüş keçirib

  • By admin
  • 24 May 2018 13:22

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

Gununsesi.info xəbər verir ki, dünən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən B.Çobanzadə küçəsi 33, 35, 37, 44 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Qəbulda sakinlər məhəllədəki xeyir-şər evinin, binaların damlarının, pilləkən qəfəslərinin və navalçaların təmir olunması, girişlərə işığın çəkilməsi, məhəllədəki söhbətgahların bərpa edilməsi, məhəllədaxili yollarda sürətazaldan maneələrin qoyulması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.