Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

  • By admin
  • 23 Avqust 2022 08:58

23.08.2022-ci il tarixdə Nizami rayonu ərazisində SOCAR “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsi tərəfindən 570 metr məsafədə çəkilmiş yeni PE-315 mm qaz kəmərinin şəbəkəyə qoşulması işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 18:00-dək Nizami rayonunun müəyyən ərazilərində (Bəhruz Nuriyev, Cəmşid Naxçıvanski, İsmayılov, Məmmədov küçələri, Qara Qarayev və Babək prospektlərinin bir hissəsində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Görülən işlər Nizami rayonu üzrə 10000-dən artıq əhali abonentinin, qeyri-əhali istehlakçılarının, o cümlədən kommunal istiliktəchizatı müəssisələrinin qaz təchizatının yaxşılaşdırılmasına şərait yaradacaq.

Müvəqqəti narahatlığa görə üzr istəyirik.

Gununsesi.info