Norveç yığması rekorda imza atdı- 37-Cİ MEDALI QAZANDILAR

Norveç yığması rekorda imza atdı

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları davam edir.

Gununsesi.info xəbər verir ki, ötən gün nüfuzlu turnirdə rekord qeydə alınıb.

Belə ki, kişilər arasında biatlon estafet yarışlarında Norveç komandası gümüş medal qazanıb. Bu, şimallıların sözügedən yarışda 37-ci medalı olub. 13 “qızıl”, 14 “gümüş” və 10 “bürünc” əldə edən Skandinaviya təmsilçisi sıralamada da birinci yerə yüksəlib. Bununla da Norveç ABŞ-ın Vankuver-2010 Olimpiadasındakı rekorduna ortaq olub. Həmin Olimpiya Oyunlarında ABŞ yığması da 37 (9-15-13) “qənimət” əldə etmişdi.

Qeyd edək ki, Cənubi Koreyada hazırda davam edən “Ağ Olimpiada”nın iki yarış günü qalıb.

Gununsesi.info

COMMENTS