Norveçdə üzən sualtı tunel tikilir

  • By admin
  • 03 Avqust 2016 10:33

tunel

Avtomobillərin rahat idarə olunması üçün vacib sayılan əlverişli yol infrastrukturunun yaradılması bəzi hallarda mümkün olmur. Bu amil əsasən ərazinin landşaft xüsusiyyətlərindən asılıdır. Norveçdə müvafiq problemin həlli üçün dünyada ilk dəfə üzən sualtı nəqliyyat tunelinin inşası planlaşdırılır.

“Sognefjord” körfəzi ərazisində həyata keçiriləcək layihənin təşəbbüskarları suyun 30 metr dərinliyində yerləşdirilmiş üzən tunellər vasitəsilə avtomobillərin hər iki istiqamətdə uzun məsafələri daha rahat qət etməsinə imkan yaranacağını bildiriblər. 2035-ci ilədək yekunlaşdırılması nəzərdə tutulan layihənin reallaşması üçün 25 milyard ABŞ dolları həcmində vəsait ayrılıb.

Layihə uğurlu nəticə verərsə, Norveçin digər bölgələrində də oxşar tunellərin tikintisi həyata keçirilə bilər. Üzən tunellər vasitəsilə ölkənin cənub-şimal istiqamətində avtomobillərin hərəkət zamanının yarıbayarı qısaldılması mümkündür.