
İrəvan Tehrana Türkmənistana olan qaz borcunu ödəməyi öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın təbii resurslar və enerji infrastrukturu naziri Aşot Manukyan bildirib.
A.Manukyan deyib ki, bununla bağlı Ermənistan Türkmənistan və İrana üçtərəfli sxem əsasında tənzimləmə sxemi təklif edib: “Təklifə əsasən İran Türkmənistana pul ödəmir, ancaq bunun əvəzində Ermənistana qaz ötürür. Bunun əvəzində isə Ermənistan Türkmənistana İranın borcunu ödəmək məsuliyyətini öz üzərinə götürür. Ermənistan İranın Türkmənistana olan borcunu başqa məhsullarla ödəyəcək. Borcun hansı məhsullarlla və hansı qiymətlə ödəməsinə gəldikdə isə bunu İran bizə verəcəyi qazı qiymətləndirdikdən sonra danışıqlar yolu ilə həll edəcəyik. Və nəticədə Ermənistan bu məhsulun əvəzində qaz alacaq”.
Qeyd edək ki, Türkmənistan 2017-ci ilin yanvarın 1-dən etibarən borca görə İrana qaz verilişini məhdudlaşdırıb.
Gununsesi.info












