“Azərsu” ASC Binəqədini susuz qoydu

  • Müəllif: admin
  • 24 Oktyabr 2017 11:42

su

“Azərsu” ASC-nin abonentlərinə xəbərdarlıq edilib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsindən keçən magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 oktyabr 2017-ci il tarixində gün ərzində Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlarının bəzi ərazilərinə, eləcə də, Azadlıq prospekti, Cəfər Xəndan və F.Məlikov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Gununsesi.info