Növbəti intihar hadisəsi baş verdi - BU DƏFƏ GÖYÇAYDA

  • By admin
  • 14 Avqust 2017 09:02

Intiharrr

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, hadisə avqustun 13-də gecə saat 23:00 radələrində rayonun İnçə kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Qəhrəmanov Fərman İnqilab oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info