“Xunzax qruplaşması”nın lideri məhv edildi - DAĞISTANDA

  • By admin
  • 14 Avqust 2017 08:55

daqisss

Rusiya Federasiyasının Dağıstan Respublikasının Xunzax rayonunun Orota kəndində aparılan xüsusi əməliyyat nəticəsində “Xunzax qruplaşması” adlanan qrupun lideri məhv edilib.

Gununsesi.info RİA Novosti-yə istinadən  xəbər verir ki, bu barədə Dağıstan üzrə əməliyyat qərargahından bildirilib.

“Xunzax rayonunun Orota kəndində keçirilən antiterror əməliyyatı nəticəsində təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən bir silahlı aşkarlanıb. Şübhəli şəxs polislərin təslim olmaq tələbinə tabe olmaqdan imtina edərək onlara atəş açıb. Cavab atəşi ilə silahlı məhv edilib. Zərərsizləşdirilən şəxsin “Xunzax qruplaşması” adlanan qrupun başçısı Hacımurad Hacıyev olduğu təsdiqlənib”, məlumatda deyilir.

Gununsesi.info