Novruz Məmmədov bu statusa pillə-pillə çatdı - SİYAVUŞ NOVRUZOV

  • By admin
  • 21 Aprel 2018 12:18

YAP -icra katibinin müavini Siyavuş Novruzov parlamentdəki çıxışında sabiq baş nazir Artur Rəsi-zadəyə təşəkkürünü bildirib.

Gununsesi.info bildirir ki, YAP-çı deputat sabiq baş naziri hakimiyyətə sədaqətli kadr kimi dəyərləndirib: “mən yeni baş nazir təqdimatı verilən Novruz Məmmədov haqqında da yüksək fikirdəyəm. O, xarici siyasəti gözəl bilir. Həm də YAP siyasi şurasının üzvüdür. O, bu statusa pillə-pillə gəlib  çıxıb. Azərbaycanda sayılan, seçilən şəxsdir. İnanıram ki, o, bu etimadı yüksək qiymətləndirəcək”.

S.Novruzov  bildirib ki, biz yeni bir ənənənin bünövrəsini qoyub  Artur Rəsizadəyə təşəkkür məktubu ünvanlamalıyıq.

“Artur Rəsizadə də fəaliyyəti dövründə  Heydər Əliyevə və İlham Əliyevə öz sədaqəti ilə seçilən baş nazir olub. Biz onun fəalkiyyətini dəyərləndirməli və Milli Məclis adından ona təşəkkür məktubu ünvanlamalıyıq”.

Gununsesi.info